Xamenei 2 min məhkumu əfv etdi

05.06.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

İranın Ali Rəhbəri Müctəba Xamenei Qurban bayramına bənzər əhəmiyyət daşıyan Qədir-Xum bayramı münasibətilə məhkəmələr tərəfindən məhkum edilmiş 2 min nəfərin əfv olunması, cəzalarının yüngülləşdirilməsi və ya dəyişdirilməsi ilə bağlı məhkəmə hakimiyyətinin rəhbərinin müraciətini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Cümə günü yayılan məlumata görə, İran Məhkəmsinin rəhbəri Möhseni Ejei Ali Rəhbərə ünvanladığı məktubda ümumi və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə sistemi və hökumət təzirat qurumları tərəfindən məhkum edilmiş 2 min nəfərin əfv olunmasını, cəzalarının azaldılmasını və ya başqa cəza ilə əvəz edilməsini xahiş etmişdi. Müctəba Xamenei bu müraciətlə razılaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью