Xamenei ABŞ dəkı seçkilərdən danışdı “Ümid bəsləməyin”

04.11.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın Ali Lideri Müctəba Xamenei ABŞ-də keçirilən aralıq seçkilərindən sonra Vaşinqtonun Tehrana münasibətinin dəyişəcəyinə ümid bəsləməməyə çağırıb. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü münasibətilə verdiyi bəyanatda deyilir.

“Əgər hələ də ABŞ-nin hakim dairələrində davranış dəyişikliyinə və ya partiya-fraksiya dəyişikliklərinə ümid bəsləyənlər, yaxud ABŞ-yə güzəştə getməklə onları İran xalqına qarşı düşmənçilikdən döndərməyin mümkün olduğunu təsəvvür edənlər varsa, onlar böyük səhv edirlər”, - Xamenei bildirib.

O, həmçinin ABŞ-nin yenidən hücum edəcəyi halda, İranın cavabının əvvəlkindən daha genişmiqyaslı olacağı barədə xəbərdarlıq edib. İranın Ali Lideri Fars körfəzində, xüsusilə Hörmüz boğazı ərazisində baş verən hadisələrin ABŞ-nin məğlubedilməzliyi mifini dağıtdığını və öz xalqına deyil, xarici dövlətlərə arxalanan hökumətlərin zəifliyini nümayiş etdirdiyini qeyd edib. 

Qeyd edək ki, daha əvvəl ABŞ-də keçirilmiş aralıq seçkilərin nəticələrini şərh edən İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ vətəndaşlarının Konqresə seçkilərdə İranla müharibənin əleyhinə səs verdiklərini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью