Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
İranın ali rəhbəri Əli Xamenei son çıxışında Ukrayna müharibəsi ilə bağlı kəskin fikirlər səsləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.
O bildirib ki, hazırda böyük insan tələfatı və ciddi dağıntılarla davam edən müharibənin əsas təşəbbüskarı ABŞ-dır.
Xameneinin sözlərinə görə, ABŞ-ın regionlara müdaxiləsi və geosiyasi maraqları nəticəsində yaranan bu vəziyyət həm Ukraynaya, həm də bütövlükdə Avropaya yüksək qiymətə başa gəlib.
O qeyd edib ki, ABŞ rəhbərliyi münaqişənin başlanğıcında prosesi çox qısa müddətdə, cəmi üç günə həll edəcəyini iddia edirdi. Lakin Xameneinin vurğuladığı kimi, təxminən bir il keçməsinə baxmayaraq, nə müharibə dayandırılıb, nə də situasiya ABŞ-ın gözləntisi istiqamətində formalaşıb.
Tahir Turan
Globalinfo.az