Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ tərəfindən mümkün hücumla bağlı artan narahatlıqlar fonunda İranın ali dini lideri Ayətullah Xamenei Tehranda yeraltı bunkerdə gizlənir.
Bizim.Media xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Məlumata görə, İranın Ali rəhbəri Xamenei ABŞ tərəfindən potensial hücum riskinin artdığını qiymətləndirən yüksək rütbəli hərbçilərin tövsiyəsindən sonra Tehranda xüsusi yeraltı sığınacağa köçüb.
Obyekt bir-biri ilə əlaqəli tunellərdən ibarət möhkəmləndirilmiş kompleks kimi təsvir olunur. Nəşr həmçinin bildirir ki, Xameneinin üçüncü oğlu Məsud liderin ofisinin gündəlik idarəçiliyini öz üzərinə götürüb və icraedici hakimiyyət qolu ilə əsas əlaqə kanalı kimi çıxış edir.
Bizim.Media