Xamenei: ABŞ İranda üsyanı hazırlamağa çalışarsa, sərt cavab alacaq

31.03.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın ali dini lideri Əli Xamenei ABŞ-ın ölkəyə xaricdən hücum edə biləcəyinə inanmadığını bildirib, lakin Vaşinqton İslam Respublikası daxilində üsyanı qızışdırmağa çalışarsa, sərt cavab alacağını deyib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Ramazan bayramı (Fitr bayramı) ilə bağlı xütbəsi zamanı deyib.

"Onlar pis bir iş görəcəkləri ilə hədələyirlər, amma kənardan pislik edəcəklərinə inanmırıq, hətta çətin ki buna cəhd etsinlər deyə düşünürük. Amma belə bir fəaliyyətə cəhd etsələr, bizim onlara cavabımızın çox sərt olacağını bildirmək istəyirik. Birdən ölkə daxilində üsyan qaldırmağa qərar versələr, İran xalqı onlara cavab verəcək", - deyən dini rəhbərin çıxışını ölkənin IRIB telekanalı yayımlayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью