Xamenei: BCM həbs yox, edam hökmü çıxarmalı idi | Icma.az
Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu sözləri İranın ali dini lideri Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yarımhərbi "Bəsic" Qüvvələrinin üzvləri ilə görüşündə dilə gətirib.
O vurğulayıb ki, "düşmən İsrail Qəzzada və Livanda qalib gəlməyəcək".
"Onlar düşünməsinlər ki, insanların evlərini, yaşayış məntəqələrini, xəstəxanaları bombaladıqları üçün qalib gəliblər.
Xeyr, bu qələbə yox, müharibə cinayətləridir. Onlara verilən həbs qərarı kifayət deyil, ölüm hökmü çıxarılmalıdır", - o söyləyib.
Vaşinqton Haaqa Məhkəməsinin qərarından narazıdır Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş nazir Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant barəsində Qəzza zolağındakı müharibə ilə əlaqədar ötən həftə həbs orderi verib.
Firudin Həmidli AzVision.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu