Xamenei Bəsic ə yeni rəhbər təyin edib

10.08.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hüseyn Taib İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Bəsic" təşkilatının rəisi vəzifəsinə təyin edilib.

"Report" xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin fərmanında qeyd olunub.

"İranın qorunması istiqamətində səfərbər olmuş xalqın potensialından istifadə edərək "Hər bir iranlı, bir bəsicidir" şüarının reallaşdırılması məqsədilə bəsic və müqavimət mədəniyyəti genişləndirilsin", - fərmanda qeyd olunub.

Bildirilib ki, xalq kəşfiyyat şəbəkəsi gücləndirilməlidir: "Digər hakimiyyət, dövlət, ictimai qurum və təşkilatlarla qarşılıqlı əlaqə, eləcə də məscid mərkəzli effektiv sosial xidmətlərin inkişafı məqsədilə cihadçı qruplar, təbəqə və məhəllə bəsicləri artırılsın.

İsrail ilə ABŞ-yə qarşı bütün dünyada xalq müqavimətinin nümunəsi kimi bəsic mədəniyyəti təbliğ edilsin".

Qeyd edək ki, "Bəsic" SEPAH-ın hərbiləşdirilmiş könüllü milis təşkilatıdır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью