Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran rəsmiləri ABŞ prezidenti Donald Trampın İslam Respublikasının son “sülh təklifi”nə reaksiyasını kəskin tənqid edərək bildiriblər ki, Vaşinqtonun mövqeyi Tehran üçün önəm daşımır.
KONKRET.az xəbər verir ki, dövlətə yaxın Tasnim agentliyinə danışan mənbənin sözlərinə görə, İran tərəfi danışıqlarda yalnız ölkə xalqının maraqlarını əsas götürür:
“İranda heç kim planları Trampın xoşuna gəlməsi üçün hazırlamır. Danışıq heyəti yalnız İran xalqının maraqlarını nəzərə almalıdır. Əgər Tramp bundan narazıdırsa, deməli belə olmağı daha yaxşıdır”.
Mənbə həmçinin bildirib ki, Donald Tramp “reallığı qəbul etməyi sevmir” və bu səbəbdən “İran qarşısında davamlı uğursuzluqlarla üzləşir”.
İran Dövlət Televiziyası (IRIB) xəbər verir ki, Tehranın ABŞ-ın son təklifinə cavabında bir sıra şərtlər yer alıb. Bunlara hərbi ziyana görə kompensasiya tələbi və Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınması daxildir.
Məlumata görə, İran həmçinin ölkənin strateji əhəmiyyət daşıyan Hörmüz boğazı üzərində nəzarətini zəiflədə biləcək istənilən mexanizmi rədd edib.
Digər tərəfdən, Axios nəşri yazır ki, ABŞ prezidenti Donald Tramp İranın cavabını qəbul etməyəcək. Nəşrin məlumatına əsasən, Tramp bu barədə Axios-a qısa telefon müsahibəsində danışıb.
ABŞ prezidenti bildirib ki, İranın cavabını İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı da müzakirə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az