Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, Xamenei heç bir zaman İrandakı bu vəziyyətə səbəbin İslam Cumhuriyyətinin olmasını qəbul etməyib və sərvətləri olan bir ölkəni fəlakətə sürükləyib.
Maşallah Rəzmi
“Rejim ölkədəki vəziyyəti hər zaman sanksiyalarla əlaqələndirib. Öz eyiblərini heç vaxt qəbul etməyiblər. İranda Urmu dəryası kimi böyük bir dəryanı qurutdular, çayları qurutdular. Hər yeri viran etməyə çalışdılar. Məmləkəti biyabana çevirmək Amerikanın əli ilə olmayıb, İslam Cümhuriyyətinin səhv siyasətinin nəticəsində vəziyyət belə alınıb.
Bu hökumət işi bilən insanı rəhbəri qəbul etmədikləri üçün kənara atıb. Bu gün məqama çatanların isə ləyaqəti yoxdur. Məmləkətin bu günə düşməsinin səbəbi odur ki, işi bilən insanlar kənara qoyulub, axmaqlar iş başındadır”-deyə Maşallah Rəzmi bildirib.
Güneyli siyasi şərhçi Maşallah Rəzminin İranın mövcud hakimiyyətinin fəaliyyəti haqda açıqlamasını Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info