Xamenei hələ də dəfn edilməyib

23.04.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkənin keçmiş rəhbəri Əli Xamenei hələ də dəfn edilməyib.

Axar.az xəbər verir ki, bunu Məşhədin cümə imamı Əhməd Ələm əl-Huda deyib.

“Şəhid liderin dəfn mərasiminin dəqiq tarixi hələ müəyyən edilməsə də, mərasim üçün müqəddəs Məşhəd şəhərinə səfər edəcək zəvvarların qarşılanması və yerləşdirilməsinə şərait yaradılacaq”, - o bildirib.

Qeyd edək ki, İranın keçmiş rəhbəri Əli Xamenei fevralın 28-də Amerika və İsrail hərbi hava qüvvələrinin bombardımanı nəticəsində həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью