Xamenei ilə Pezeşkian hərbi məsələləri müzakirə ediblər

09.08.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Ali rəhbəri Müctəba Xamenei ölkə prezidenti Məsud Pezeşkianla görüşüb və iqtisadi, hərbi məsələlərin müzakirəsi aparılıb.

"Report" xəbər verir ki, bu barədə M. Xamenei "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Prezidentliyinin üçüncü ilinə başlayan Pezeşkianın İnqilabın ali lideri ilə görüşü keçirilib və ölkənin iqtisadi, hərbi məsələləri müzakirə edilib", - paylaşımda bildirilib.

Söhbət zamanı İranın əsas problemləri, xüsusən də əhalinin ehtiyaclarının ödənilməsinə toxunulub: "Həmçinin müharibənin mövcud şərtləri, gələcək perspektivlər, hərbi sahənin inkişafı, valyuta, enerji sahələrində ehtiyatların təmin edilməsi və xərclərin idarə olunması üzrə həll yolları, eləcə də xarici tərəflərlə qarşılıqlı iqtisadi əlaqələr barədə ətraflı fikir mübadiləsi aparılıb", - Xamenei yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью