Xamenei: İranın nüvə silahına ehtiyacı yoxdur

24.09.2025

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın Ali Rəhbəri Əli Xamenei ölkənin nüvə silahına ehtiyacı olmadığını və onu istehsal etməyə hazırlaşmadığını bildirib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, o bu sözləri İran xalqına televiziya müraciəti zamanı deyib.
"Nüvə silahı yaratmaq istəyən ölkələr uranın zənginləşdirilməsini 90%-ə qədər artırırlar. Bizə silah lazım olmadığına və nüvə silahından imtina etmək qərarına gəldiyimizə görə o qədər çox artırmadıq. Onu 60%-ə qədər artırdıq ki, bu da ölkəmizin qarşısında duran bəzi vəzifələri həll etmək üçün lazım olan çox yüksək, çox yaxşı bir göstəricidir", - deyə o vurğulayıb.
Xamenei qeyd edib ki, mövcud vəziyyətdə ABŞ ilə danışıqlar İrana heç bir fayda gətirmir:
"İndiki vəziyyətdə ABŞ hökuməti ilə danışıqlar, ilk növbədə, milli maraqlarımıza cavab vermir və heç bir zərərin qarşısını almır", - deyə o vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью