Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
İranın ali rəhbəri Müctəba Xameneyi son illərdə ölkənin təhlükəsizlik sistemində ciddi boşluqların aşkar edilməsindən sonra kəşfiyyat sisteminin yenidən təşkil olunması barədə göstəriş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə parlament sədri Məhəmməd Bağır Qalibaf məlumat verib.
Onun sözlərinə görə, parlament ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyində islahatların aparılmasını nəzərdə tutan qanun layihəsinin ümumi çərçivəsini artıq təsdiqləyib və hazırda sənədin konkret müddəalarını nəzərdən keçirir.
Qanun layihəsi, digər məsələlərlə yanaşı, ETTELAAT naziri vəzifəsinə namizədlərin seçilməsi meyarlarının genişləndirilməsini də nəzərdə tutur. (Khabar Online)