Xamenei mitinqlərə çağırış edib

09.02.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

İranın Ali Rəhbəri Əli Xamenei video müraciət yayaraq insanları 22 Bəhmən — 1979-cu il İslam İnqilabının ildönümü münasibətilə keçiriləcək mitinqlərdə iştirak etməyə çağırıb. Sözügedən tarix 11 fevrala təsadüf edir.

Ölkə.Az xəbər verir ki, bu barədə Iran International məlumat yayıb.

O, mitinqlərdə iştirakı milli qətiyyətin nümayişi kimi qiymətləndirərək vurğulayıb ki, güc hərbi qüdrətdə deyil, ictimai iradə və birlikdədir.

“Milli güc raketlərdən və təyyarələrdən deyil, xalqların iradəsindən və dözümlülüyündən asılıdır. Siz dözümlülük və iradə göstərmisiniz. Bu keyfiyyətləri digər vəziyyətlərdə də nümayiş etdirməlisiniz”, - deyə Xamenei bildirib.

Qeyd edək ki, bu açıqlama Xameneinin son 37 ildə ilk dəfə olaraq fevralın 8-də keçirilməsi nəzərdə tutulan Hərbi Hava Qüvvələrinin komandanlığı ilə illik görüşdə iştirak etməməsindən bir gün sonra səslənib. Bu addım İranla ABŞ arasında münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edib və uzun illərdir davam edən ənənənin pozulması kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью