Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və İsrailin MOSSAD kəşfiyyat xidməti İranın ali lideri Müctəba Xameneinin axtarışlarını daha da intensivləşdirib.
Axar.az xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.
“Kəşfiyyat rəsmilərinin fikrincə, o, həmin hava zərbəsi zamanı ağır yaralanıb. 150 gündən artıq müddətdə telefon və ya noutbukdan istifadə etməyib və çox ciddi mühafizə olunan yeraltı sığınacaqda gizlənir. Onun Tehranda və ya Qum şəhəri yaxınlığında olduğu ehtimal edilir.
Elektron müşahidə və siqnal kəşfiyyatı, demək olar ki, nəticə vermədiyindən, axtarışın əsas istiqaməti kiber kəşfiyyatdan insan kəşfiyyatına yönəldilib.
Keçmiş MOSSAD rəsmilərinin sözlərinə görə, Müctəba Xamenei mesajlarını özlərinin daşıdıqlarından xəbərsiz olan bir neçə vasitəçi vasitəsilə əl yazısı şəklində çatdırır. Buna görə də onun yerini, ümumiyyətlə, hələ də sağ olub-olmadığını təsdiqləməyin yeganə real yolu onun ən yaxın çevrəsinə sızmaq hesab olunur.
Bəzi kəşfiyyat nümayəndələri hesab edirlər ki, SEPAH onun ölümünü gizlədə bilər. Digərləri isə rejimin onun hərəkətlərini gizlətmək üçün oxşar görünüşlü şəxslərdən (bədən oxşarlarından) istifadə edə biləcəyi barədə xəbərdarlıq edirlər”, - məlumatda qeyd olunub.