Xamenei müharibə xəbərdarlığı etdi VİDEO

01.02.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün İranın ali rəhbəri Əli Xamenei ABŞ-ın artan hərbi təhdidlərinə sərt reaksiya verib. 
Bizim.Media xəbər verir ki, o, xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxış edərək Vaşinqtonun illərdir təkrarladığı “bütün variantlar masadadır” ritorikasını yenidən gündəmə gətirdiyini bildirib.
 

Xameneyi deyib ki, ABŞ rəsmiləri tez-tez müharibə, hərbi təyyarələrin göndərilməsi və güc tətbiqi ilə hədələyir və bu cür açıqlamalar İran üçün yeni deyil. Onun sözlərinə görə, İran xalqı bu təhdidlərdən qorxmamalıdır və xarici təzyiqlərə boyun əyməyəcək.


O, iddia edib ki, İran heç bir ölkəyə hücum etmək niyyətində deyil, lakin “acgöz, hücum etmək və təqib etmək istəyən” tərəflərə qarşı sərt cavab verməyə hazırdır. 
Dini rəhbər vurğulayıb ki, belə bir halda İran milləti güclü zərbə endirəcək.
Xamenei çıxışında ABŞ-a birbaşa mesaj da verərək bildirib ki, mümkün müharibə bu dəfə məhdud olmayacaq və region miqyasında qarşıdurmaya çevriləcək. (Snn.ir)

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью