Xamenei mümkün danışıqların üstündən xətt çəkdi

07.02.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amerika ilə danışıqların ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur, danışıqlar müdrik, ağıllı və şərəfli deyil.

Axar.az xəbər verir ki, bu sözləri İran rəhbəri Əli Xamenei bu gün ordunun hava qüvvələri və hava hücumundan müdafiə komandirləri ilə görüşündə deyib.

“Elə qələmə verməsinlər ki, o dövlətlə danışıqlar masasına əyləşsək, hansısa problem həll olunacaq. Xeyr! Amerika ilə danışıqlar yolu ilə heç bir problem həll oluna bilməz”, - o bildirib.

Xamenei Donald Trampın birinci prezidentliyi dövründə ABŞ-la iki il müddətinə danışıqlar aparıldığına, ancaq heç bir nəticə əldə olunmadığına diqqət çəkib:

“2 il davam edən danışıqlar zamaı müqavilə də bağlandı, ancaq indi vəzifədə olan eyni şəxs (Tramp) müqaviləni cıxdı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью