Xamenei nə vaxt dəfn ediləcək? Dəqiq tarix açıqlandı

13.06.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei 9 iyulda Məşhəddə dəfn ediləcək.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Seyid Əli Xameneinin dəfn mərasimi üzrə qərargahı məlumat yayıb.

Məlumata əsasən, Əli Xaməneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq 9 iyulda Məşhəddə torpağa tapşırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью