Xamenei niyə üzə çıxmır? CAVAB

05.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İranın ali lideri Ayətullah Müctəba Xameneinin ictimaiyyət qarşısında görünməməsinin səbəbi təhlükəsizlik məsələləri ilə bağlıdır.

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Al-Mayadeen telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, İranın ali lideri ölkədə baş verən proseslərdə yaxından iştirak edir və hadisələrin gedişinə təsir göstərməyə davam edir.

“Ali lider ölkədəki proseslərə çox yaxından cəlb olunub və idarəetməni əlində saxlayır. Lakin təhlükəsizlik baxımından aidiyyəti qurumlar onun daha çox ictimaiyyət qarşısına çıxmasını məqsədəuyğun hesab etmir”, – deyə Əraqçi bildirib.

Nazir əlavə edib ki, İran hökuməti ali liderlə daim əlaqə saxlayır və Ayətullah Xamenei strateji qərarların qəbulunda iştirak edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью