Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İranın dini rəhbəri Ali Xameneinin öldürülməsi məsələsi ciddi suallar doğurur. Ümumiyyətlə, başqa bir ölkənin silahlı qüvvələrinin gəlib suveren dövlətin liderini aradan götürməsi beynəlxalq hüquq və dünya nizamı baxımından anlaşılması çətin olan hadisədir. Bu cür yanaşma beynəlxalq sistemin pozulmasının əsasını qoya bilər. Məncə, burada İsrail müəyyən dairələrin aləti kimi çıxış edir. Çox böyük səhv ondan ibarət oldu ki, onlar Ali Xameneini aradan götürdülər. Çünki o, İranda müxtəlif siyasi qruplar arasında əlaqələndirici rol oynayırdı. Baxmayaraq ki, dini lider idi, eyni zamanda çəkindirici funksiyaya malik idi. Həm İslam Keşikçiləri Korpusunda, həm də siyasi dairələrdə kifayət qədər radikal qanadlar mövcuddur”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.
“O, son ana qədər Xarici İşlər Nazirliyinə tapşırıq vermişdi ki, mümkün qədər müharibədən yayınsınlar. Mövqeyi belə idi: “Biz müharibədən qorxmuruq və geri çəkilməyəcəyik, amma çalışın ki, müharibə olmasın”. Buna baxmayaraq, danışıqlar getdiyi və müəyyən razılıqlar əldə olunduğu bir vaxtda yenidən hücum başladı. Bu dəfə ABŞ üçün uduzma ehtimalı çox yüksəkdir. Çünki artıq əvvəlki kimi çəkindirici faktor yoxdur. Ali Larijani isə İran İslam Respublikasının regional siyasət konsepsiyasının müəlliflərindən biri kimi ABŞ-nin regiondan çıxarılması ideyasını müdafiə edirdi. Bu xətt davam edərsə, Amerikanın problemləri artacaq. Müharibə artıq bir neçə gündür davam edir və İran bölgədə yerləşən, ABŞ-yə aid hərbi bazaların olduğu ölkələrə zərbələr endirib. İran açıq şəkildə bəyan edir ki, həmin ölkələrin özlərinə qarşı hücum niyyəti yoxdur, lakin onların ərazisində yerləşən xarici hərbi bazalar çıxarılmalıdır”.
Ekspert bildirib ki, Ali Xameneinin aradan götürülməsi faktiki olaraq prosesləri sürətləndirdi və vəziyyəti daha da gərginləşdirdi:
“İsrail hazırda daha çox yerüstü obyektləri komanda məntəqələrini və digər infrastrukturu hədəf alır. Lakin İranın əsas raket potensialının yeraltı obyektlərdə gizlədildiyi bildirilir. Yeraltı raket bazaları və komanda qərargahları mövcuddur ki, onları sıradan çıxarmaq çətindir. Xamenei təhlükə zamanı ölkəni tərk etməmiş, sona qədər mövqeyində qalmışdı. Onunla birlikdə yüksək rütbəli hərbçilər baş qərargah rəisi, müdafiə naziri və digər şəxslər də həlak olub. Lakin onların aradan götürülməsi İranın hərbi strategiyasını tam dəyişmir. Çünki artıq daha sərt mövqedə olan qüvvələr ön plana çıxıb və sona qədər müqavimət göstərmək niyyətindədirlər. Bölgədə hamı bu hadisəyə sevinmir. Əlbəttə, onu düşmən sayan qüvvələr bəzi radikal sünni qruplar və digər dairələr var. Lakin İranın bir çox qonşuları daha ehtiyatlı mövqe tutur. Azərbaycan isə müharibənin dayandırılması mövqeyindən çıxış edir. Ümumilikdə hesab edirəm ki, proseslər ürəkaçan istiqamətdə inkişaf etməyəcək. Münaqişə uzandıqca həm ABŞ, həm də İsrail üçün itkilər və risklər artacaq”.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bunu Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.