GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ və İsrailin İran İslam Respublikasının ali rəhbərliyinə qarşı məqsədyönlü sui-qəsdlərə qərar verməsi ehtimalı nəzərə alınaraq müvafiq prosedurlar müəyyənləşdirilib və onun yerinə təyin olunacaq şəxsin kimliyi məlumdur.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref açıqlama verib.
Aref bildirib ki, hökumət müharibə şəraitində ölkənin idarə olunması üçün xüsusi plan hazırlayıb. Onun sözlərinə görə, bu plan ehtiyat xarakteri daşıyır və Tehran ümid edir ki, heç vaxt tətbiq olunmayacaq.
Birinci vitse-prezident vurğulayıb ki, İran müharibə başlamaq niyyətində deyil, lakin hər hansı təhdid və ya hücum halında ölkənin müdafiəsi üçün bütün imkanlardan istifadə ediləcək.
Qeyd edək ki, İran mediası daha əvvəl İranın Ali rəhbəri Əli Xameneinin yerinə keçməsi gözlənilən iki real namizədin olduğu ilə bağlı isim açıqlamışdı. Məlumata görə, ən real namizədlərdən biri öz oğlu Müctəba Xamenei, digər isə sələfi Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeynidir.
Tahir Turan
Globalinfo.az