Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili İTTİHAM ETDİ

03.02.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

İranın ali dini lideri Əli Xamenei ölkədə baş verən son etirazların təşkilində ABŞ və İsraili ittiham edib.
Bizim.Media xəbər verir ki, Xamenei bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
 

“Son iğtişaşlar sionistlər və ABŞ tərəfindən təşkil olunub. Mənə bir kanal vasitəsilə məlumat verilib ki, MKİ və Mossad yerlərdə bütün resurslarını səfərbər ediblər. Buna baxmayaraq, onlar məğlub oldular. Üsyan planı ölkə xaricində hazırlanıb və xaricdən idarə olunub”, - deyə o bildirib.


Xamenei həmçinin etirazçıları İŞİD terrorçularının metodlarından istifadə etməkdə günahlandırıb:
“İŞİD kimi, iranlı təxribatçılar da insanları diri-diri yandırırdılar. İnsanların başını kəsirdilər. Onlar İŞİD-in törətdiyi eyni vəhşilikləri törədiblər”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью