Xamenei ölüb? Trampdan DİQQƏTÇƏKƏN AÇIQLAMA

26.08.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp İranın Ali rəhbəri Müctəba Xameneinin öldürüldüyünə inanmadığını bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə o, “The Glenn Beck Program” danışıb.

“O, ağır yaralanıb; bədəninin sol tərəfi, qolu, ayağı - bütün bu hissələr ciddi şəkildə zədələnib”, - Amerika lideri bildirib.

Tramp həmçinin əlavə edib ki, Müctəba Xamenei ölmüş olsa belə, İran “yaxşı şou” göstərməyə davam edəcək: “İslam Respublikası indiki halda belə müxtəlif məsələlər üzrə yekun təsdiqin onun tərəfindən verildiyini deməyə davam edir”.

ABŞ Prezidenti vurğulayıb ki, İranla razılığa gəlmək asan deyil: “Onlar prinsiplərə çox da sadiq deyillər”./teleqraf

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью