Xamenei Pezeşkianın ABŞ la dialoquna icazə vermədi

02.03.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian Tehranın nüvə sazişi ətrafında bağlı ABŞ ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib, lakin ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei buna qarşı çıxıb.

Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

“Dialoqa getməyin daha yaxşı olacağını düşündüm, lakin ali rəhbər dedi ki, biz ABŞ ilə danışıqlar aparmayacağıq”, - Pezeşkian deyib.

İran Prezidenti qeyd edib ki, ölkənin siyasəti ali rəhbərin mövqeyinə uyğun olmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью