Xamenei son iğtişaşları çevriliş cəhdi adlandırıb

01.02.2026

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“İranda bu yaxınlarda baş verən iğtişaşlar, təxribatçıların hüquq-mühafizə orqanlarına, dövlət qurumlarına və məscidlərə hücumlar təşkil etdiyi hadisələr, daha çox dövlət çevrilişinə cəhdə bənzəyirdi”.
Yeniavaz.com
SNN telekanalına istinadla xəbər verir ki, bunu ölkənin ali dini lideri Əli Xamenei deyib.
“Son iğtişaşlar çevrilişə oxşayırdı. Əlbəttə ki, çevriliş yatırıldı. Onların məqsədi ölkənin idarəetmə baxımından mühüm mərkəzlərini dağıtmaq idi və məhz buna görə də polisə, dövlət müəssisələrinə, İslam İnqilabı Keşikçiləri Korpusunun mərkəzlərinə, banklara və məscidlərə hücum edir, Qurani-Kərimi yandırırdılar”, - deyə Xamenei bildirib.
Xatırladaq ki, İranda iğtişaşlar dekabrın 29-da rialın məzənnəsinin kəskin ucuzlaşması ilə bağlı küçə etirazlarından sonra başlayıb və ölkənin əksər iri şəhərlərinə yayılıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью