Xamenei Tehranda yeraltı bunkerdə gizlənir KİV

24.01.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın ali rəhbəri Əli Xamenei ABŞ tərəfindən hücum edilməsi ilə bağlı artan narahatlıqlar fonunda Tehrandakı xüsusi yeraltı sığınacağa köçüb.

"Report" xəbər verir ki, bu iddia "Iran International"da yayılıb.

Qeyd olunub ki, bu qərar yüksək rütbəli hərbçilərin ABŞ tərəfindən potensial hücum riskinin artdığını qiymətləndirməsindən sonra qəbul edilib. Obyekt bir-biri ilə əlaqəli tunelləri olan möhkəmləndirilmiş kompleks kimi təsvir edilir.

Həmçinin bildirib ki, Xameneinin üçüncü oğlu Məsud liderin ofisinin gündəlik idarə edilməsini öz üzərinə götürüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью