Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin Tehrandakı işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbələr endirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Reuters” yazır ki, Xamenei hazırda Tehranda deyil, o, təhlükəsiz yerə köçürülüb.
Hücumun miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, hadisə strateji əhəmiyyətli zonada baş verib. Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.