Xamenei tərəfdarları islam dünyasının parçalanmasına maraqlıdır | Icma.az
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq. İran rejimi özünün ən ağır və çətin dönəmlərində də Azərbaycanla haqsız ədavətini da
Baxmayaraq ki, İsrailin 12 günlük müharibəsi zamanı rəsmi Bakı cənub qonşusuna dost əlini uzatdı, hücumdan narahatlığını ifadə etdi.
Azərbaycan hər zaman çalışıb ki, İranla münasibətləri normal, qarşılıqlı hörmət və maraqlara uyğun şəkildə qursun.
Regionun təhlükəsizliyində və inkişafında birgə işləsin. Ancaq Tehran rejimi xislətini hər zaman fürsət düşdükcə açıq biruzə verir.
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov son günlər İrandan Azərbaycana qarşı yönəlmiş təxribat xarakterli çıxışlara münasibət bildirərkən səsləndirib.
O deyib ki, İran və Pakistan rəsmilərinin bu ölkədə keçirilən görüşündə iranlı məmur Vilayətinin Azərbaycan haqqında dedikləri sırf böhtandır və düşməncəsinə göstərilən münasibətdir:"Eyni zamanda Azərbaycanın daxili işlərinə köbud müdaxilədir.
Hər bir dövlət xarici siyasətini və beynəlxalq əlaqələrini müəyyənləşdirməkdə sərbəstdir.
Bu suveren və müstəqil dövlətin BMT Nizamnaməsi və digər hamılıqla qəbul edilən hüquq normaları ilə tanınan haqqıdır.
Tam oxu
Xəbəri oxu