Xamenei Trampla üz üzə: İran şərtini açıqladı

16.11.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Vaşinqton yanaşmasını dəyişərsə, İran ABŞ-la danışıqlara hazır olacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” agentliyi İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

“Tehran bütün tərəflərə uyğun olan kompromis həllində maraqlıdır. Konkret olaraq, İran hakimiyyəti sanksiyaların ləğvi müqabilində öz nüvə proqramını mümkün qədər şəffaf etməyə hazırdır”, – deyə bildirilib.

Noyabrın 3-də İranın ali dini lideri Əli Xamenei bəyan edib ki, ölkəsi ABŞ-ın əməkdaşlıq tələblərinə yalnız Vaşinqtonun İsrailə dəstəyini dayandıracağı və Yaxın Şərq siyasətini dəyişəcəyi təqdirdə nəzərdən keçirəcək. O əlavə edib ki, yaxın gələcəkdə bunun baş verəcəyini gözləmir.

Noyabrın 15-də isə ABŞ Prezidenti Donald Tramp deyib ki, İran nüvə proqramı ilə bağlı Ağ Evlə razılığa gəlməyə sadiqdir.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью