Xameneidən sürpriz qərar: Heç kim bunu gözləmirdi

09.10.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei ölkənin ballistik raket proqramı ilə bağlı mühüm qərar verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr News” məlumat yayıb.

O, bütün ballistik raketlərin mənzilinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması əmrini verib.

Qeyd olunur ki, bundan əvvəl İranın raket proqramı altılıq ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) ilə əldə olunmuş sazişlərə əsasən məhdudlaşdırılmışdı. Belə ki, ölkə 2200 km-dən artıq mənzilli ballistik raket istehsal edə bilməzdi. Yeni qərara əsasən bu limit artıq qüvvədə deyil və İranın raket proqramı tam sərbəst fəaliyyət göstərə biləcək.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью