Xameneini istefaya çağıran bəyanat verildi

23.01.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Xarici ölkələrdə yaşayan iranlı fəallar ölkədəki mövcud durumla bağlı bəyanat yayıblar.

Teleqraf xəbər verir ki, onlar xarici müdaxiləyə qarşı çıxdıqlarını bildirərək, İranın Ali rəhbəri Əli Xameneinin istefası və ya vəzifədən uzaqlaşdırılmasını, həmçinin ölkədə hökm sürən dini despotizmin sona çatmasını tələb ediblər.

Bəyanatda bildirilib ki, Xameneinin vəzifədən getməsi İranda sekulyar hökumətin yaradılmasının yolunu açacaq.

“İran xalqının taleyi yalnız öz əllərində olmalı, heç bir xarici müdaxilə olmadan müəyyən edilməlidir”, - fəallar vurğulayıblar.

Bəyanatı imzalayanlar arasında Əbdüləli Bəzarqan, Soruş Dabbaq, Fatimə Şəms, Rza Əlicani, Məhəmməd-Əli Kadivar və Həsən Yusuf Əşkuri yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью