Xameneinin cənazəsi Məşhəddədir Dəfn mətrasimi başlayır

09.07.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın keçmiş ali lideri Ayətullah Seyid Əli Xameneinin cənazəsi İranın Məşhəd şəhərinə aparılıb.
Modern.az xəbər verir ki, bu barədə “Mehr” Agentliyinin məlumatında bildirilib.
Məşhəd şəhərində keçiriləcək dəfn mərasiminin yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 14:30-da) başlaması planlaşdırılır.

Bildirilir ki, Tehran, Qum, eləcə də İraqın Nəcəf və Kərbəla şəhərlərində Ayətullah Xamenei üçün keçirilən vida mərasimləri ABŞ və İsrailə qarşı nümayiş xarakteri daşıyıb.

Məlumata əsasən, Ayətullah Seyid Əli Xamenei bu gün Məşhəd şəhərində torpağa tapşırılacaq.

Ayətullah Seyid Əli Xamenei bu il fevralın 28-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью