Xameneinin dəfni ilə bağlı Vacib xəbər

09.06.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi iyunun 26-dan sonra keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” Xameneinin əsərlərinin mühafizə və nəşri ofisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Xameneinin dəfn mərasimi ilə bağlı yerli və xarici mediada yayılmış iddialar həqiqəti əks etdirmir.

Xamenei ilə vida və dəfn mərasiminin Məhərrəm ayının ilk ongünlüyündən sonra keçiriləcəyi və bununla bağlı daha sonra ətraflı məlumat veriləcəyi qeyd olunub.

Qeyd edək ki, İranın sabiq Ali Rəhbəri vəsiyyətinə uyğun olaraq, Məşhəddə İmam Rza türbəsində dəfn olunacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью