Xameneinin dəfninə 27 ölkədən nümayəndələr gedib

10.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün 27 ölkədən Məşhəd şəhərinə qonaqlar gəlib.

Modern.az xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, 27 ölkədən 4700-dən çox xarici qonaq vida mərasimində iştirak etmək üçün müqəddəs Məşhəd şəhərinə səfər edib.

Qeyd olunur ki, milyonlarla  insan qatılıb. Onların arasında dövlət rəsmiləri, tanınmış siyasi və hərbi xadimlər, eləcə də müxtəlif ölkələrdən gəlmiş qonaqlar yer alıblar.
Ayətullah Seyid Əli Xameneinin ötən gün Məşhər şəhərindəki İmam Rza türbəsində dəfn olunub,
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vidalaşma mərasimi iyulun 3-də Tehranda başlamışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью