Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar

23.06.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranda keçmiş  Ali lider Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar 4–9 iyul tarixləri arasında Tehran və Məşhəd hava limanlarında uçuşlar məhdudlaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu müddət ərzində Tehran şəhərində yerləşən İmam Xomeyni və Mehrabad hava limanlarında uçuş rejimi mərhələli şəkildə məhdudlaşdırılacaq, Məşhəd hava limanında isə 9 iyulda uçuşlar tam dayandırılacaq.

Qeyd edilib ki, 6 iyul tarixində Tehran hava limanlarında məhdudiyyətlər daha da sərtləşdiriləcək.

Xatırladaq ki, dəfn mərasiminin 4–5 iyulda Tehranda İmam Xomeyni Musalla məscidində, 6 iyulda yenidən Tehranda, 7 iyulda Qumda, 9 iyulda isə Məşhəddə keçirilməsi planlaşdırılır. Mərasimlərdən sonra Xameneinin Məşhəddəki İmam Rza ziyarətgahında dəfn olunacağı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью