Xameneinin dəfninə Rusiya onu GÖNDƏRİR

02.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

İranın mərhum Ali Dini Lideri Ayətullah Xameneinin dəfn mərasiminə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev gedəcək.

Redaktor.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali ISNA xəbər agentliyinə bildirib.

Medvedev Tehranda keçiriləcək mərasimdə Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi kimi iştirak edəcək. Cəlalinin sözlərinə görə, Rusiya nümayəndə heyətinə Rusiya Xarici İşlər Nazirliyinin, Rus Pravoslav Kilsəsinin, bir qrup sünni müftisinin və bir neçə şiə din xadiminin nümayəndələri də daxil olacaq.

İran səfiri qeyd edib ki, Rusiyanın siyasi və dini dairələrinin, eləcə də müxtəlif konfessiyaların nümayəndələrinin iştirakı mərhumun oğluna olan yüksək hörməti nümayiş etdirir və İranla Rusiya arasındakı münasibətlərin dərinliyini əks etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью