Xameneinin ən böyük qorxusu budur: YENİ DETALLAR

03.02.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

İran hakimiyyəti narahatdır ki, ABŞ tərəfindən mümkün hücum ölkədə kütləvi etiraz dalğasının fonunda rejimin süqutuna səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi hazırkı və keçmiş İran rəsmilərinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ölkənin ali rəhbəri Əli Xamenei-ə bildirilib ki, yanvar ayındakı aksiyaların sərt üsullarla yatırılmasına qarşı ictimai qəzəb kritik həddə çatıb.

Mənbələr qeyd edirlər ki, uzun müddət əsas qoruyucu amil olan qorxu artıq vətəndaşları dayandırmır.

Nəşrin mənbələrinin iddiasına görə, respublika rəhbərliyi hesab edir ki, xarici təzyiq, xüsusilə ABŞ-ın mümkün hərbi əməliyyatı etirazçılara əlavə qətiyyət verə bilər.

“İnsanlar olduqca hiddətlidir. Qorxu divarı dağılıb. Artıq qorxu yoxdur”, — vəziyyəti keçmiş yüksək vəzifəli məmur belə qiymətləndirib.

Agentliyin altı mənbəsi proqnozlaşdırır ki, yeni etirazlar əvvəlkilərdən xeyli sərt ola bilər, çünki bir çox iştirakçı artıq itirəcək heç nə hiss etmir.

Başqa bir İran rəsmisi bildirib ki, Tehran əleyhdarları məhz belə bir ssenariyə, kütləvi çıxışlara, Xamenei hökumətinin çöküşünə ümid edirlər. Onun sözlərinə görə, xarici zərbə ilə küçə etirazlarının birləşməsi ölkədə zorakılığın kəskin artması və sabitliyin pozulması ilə nəticələnə bilər.

Əvvəllər İranın idarəetmə elitasında olmuş bir sıra müxalif siyasətçilər də hakimiyyəti artan xalq qəzəbi barədə xəbərdar ediblər.

2011-ci ildən ev həbsində olan keçmiş baş nazir Mirhüseyn Musavi bildirib ki, axıdılan qan soyumayacaq. O vurğulayıb ki, baş verənlər rejim üçün taleyüklü nəticələrə gətirib çıxara bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью