Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
İranın Ali rəhbəri Əli Xameneinin gizləndiyi yer bəlli olub.
Globalinfo.az xəbər verir ki, bununla bağlı tanınmış jurnalist Eynulla Fətullayev paylaşım edib.
“İranda əməkdaşlıq etdiyimiz jurnalistlərin məlumatına görə, sui-qəsd təhlükəsi ilə üz-üzə qalmış İranın ali rəhbəri Əli Xamenei 80 metrlik dərinlikdə hərbləşdirilmiş zirzəmilərin birində yerləşdirilib. Onun tez-tez bunkerlərin yerləri dəyişdirilir”, – deyə o bildirib.
Jurnalist qeyd edib ki, bunkerlərin biri İmamzadənin alt qatındadır:
“ABŞ-ın hərbi müdaxiləsindən ehtiyatlanan rəhbər düşünür ki, dini məbədlər hədəf olmayacaq”.
Qeyd edək ki, bir neçə gündür İranın 31 əyalətinin 185 şəhərində etirazlar davam edir.
Əliyar Xəlil
Globalinfo.az