Xameneinin iddiasına İsraildən cavab Yeni Çağ Media

12.12.2024

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Əli Xameneinin bəyanatı absurddur və Suriyada müttəfiqinin süqutuna görə Tehran özü məsuliyyət daşıyır.

Yenicag.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrail Katz Əli Xameneinin Əsədin devrilməsi ilə bağlı dünənki bəyanatını şərh edərkən deyib.

O, İranı İordaniyada İsrailə qarşı şərq cəbhəsi açmağa çalışmasına görə tənqid edib:

“İran özünü günahlandırmalı, Suriya, Livan və Qəzzada silahlı qruplaşmaları maliyyələşdirməyi dayandırmalıdır”.

Qeyd edək ki, dekabrın 11-də İran dini lideri Xamenei Suriyada Bəşər Əsəd rejiminin sürətlə süqutunu Amerika və İsrailin ortaq planı adlandırıb və ad çəkmədən bu məsələdə Suriyanın “qonşu ölkəsi”nin (Türkiyə – red.) də rol oynadığını bildirib.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью