Xameneinin müavini Moskvaya getdi

04.12.2024

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

İranın dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müavini Möhsün Qumi Moskvaya səfər edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb.

“Ayətullah Möhsün Quminin rəhbərlik etdiyi heyət bu gün Moskvaya gəlib və onu İranın Rusiyadakı səfiri Kazım Cəlali qarşılayıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, Qumi Rusiyaya qısamüddətli səfəri zamanı Rusiya dini liderləri və Rusiyada yaşayan iranlı tələbələrlə görüşlər keçirməyi planlaşdırır./axar.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью