Xameneinin müavini Moskvaya səfərə gedib

04.12.2024

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İranın ali dini lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müavini Ayətullah Möhsün Qumi Moskvaya səfər edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyi özünün Telegram kanalında məlumat yayıb.

“Ayətullah Möhsün Qumi bir nümayəndə heyətinin müşayiəti ilə bu gün, çərşənbə axşamı, dekabrın 4-də Moskvaya gəlib və onu İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali qarşılayıb”, - deyə İranın diplomatik missiyası qeyd edib.

Rusiyaya qısamüddətli səfəri zamanı Quminin Rusiya dini liderləri və burada yaşayan iranlı tələbələrlə görüşləri gözlənilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью