Xameneinin müşaviri: Genişmiqyaslı müharibə ssenarisi hazırlamışıq

31.01.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İran ona hücum ediləcəyi təqdirdə düşmənə təkcə dənizdə deyil, daha geniş miqyasda da cavab verməyə hazırdır”.

Moderator.az xəbər verir ki, bunu ABŞ-nin ölkə ətrafında hərbi qüvvə yerləşdirməsi fonunda İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxani deyib.

“Qarşıdurma zonasını yalnız dənizlə məhdudlaşdırmırıq, daha genişmiqyaslı ssenarilərinə hazırlaşmışıq”, - o vurğulayıb.

Şamxani iddia edib ki, İran düşmən qüvvələrinin əməliyyat planını bilir, Tehran vəziyyətə nəzarət edir və uyğun anda zərbə endirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью