Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Məhdud hücum yanlış bir qavrayışdır. İstənilən mənbədən və istənilən səviyyədə ölkəmizə qarşı istənilən hərbi əməliyyat müharibənin başlanğıcı hesab ediləcək"
Mia.az xarici məbuata istinadla xəbər verir ki, bu bəyanatı İran lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxani verib.
O, X sosial media səhifəsində ifrit, ingilis və daha bir neçə dildəki paylaşımında yazıb ki, ölkəyə ən kiçik müdaxiləyə indiyə qədər görülməmiş və kütləvi cavab veriləcək: "Hərbi əməliyyat tərəfimizdən müharibənin başlanğıcı hesab ediləcək. Cavab dərhal, tam və görünməmiş formada olacaq. Bu, Təl-Əvivin mərkəzini və təcavüzkarı dəstəkləyən hər kəsi hədəf alacaq"
Tahir Şəlvəli
MİA.AZ