Xameneinin müşaviri sərt danışdı: “Cavab veriləcək!” KONKRET

27.06.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“ABŞ İranla münaqişənin həlli ilə bağlı imzalanmış memorandumun iki bəndini pozub və Tehran hər bir pozuntuya cavab verəcək”.

KONKRET.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rzayi deyib.

Rzayi bildirib ki, memorandumun hər bəndinin pozulmasına görə cavab sürətli və dağıdıcı olacaq:

“Birləşmiş Ştatlar regiondakı proksi qüvvələrinin hərəkətlərini dəstəkləməklə memorandumun birinci bəndini və Hörmüz boğazında gərginliyi artırmağa davam etməklə beşinci bəndini pozub”.//Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью