“Xameneinin oğlu zəif və səriştəsiz fiqurdur” Tramp

05.03.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İranın ali liderinin seçilməsində rol oynayacağını bildirib.

Gununsesi.info xəbər verir ki, Amerika lideri “Politico”ya müsahibəsində qeyd edib: “Xameneinin oğlu zəif və səriştəsiz fiqurdur. O, mənim üçün qəbuledilməzdir. Çünki o, atasının siyasətini davam etdirəcək və bu da növbəti 5 il ərzində ABŞ ilə İran arasında yeni qarşıdurmaya gətirib çıxaracaq. Biz İrana harmoniya və sülh gətirəcək bir rəhbər istəyirik”.

Tramp əlavə edib ki, İranda rəhbər seçiminə böyük təsir göstərmək istəyir: “Əks halda razılaşma olmayacaq. İranın gələcək rəhbərliyindən nüvə silahı olmayan bir dövlət qurmağı gözləyirəm. Onlara yaxşı seçimlər etməkdə yardımçı olmaq istəyirəm. Venesuelada olduğu kimi, İrandakı təyinatda da iştirak etməliyəm”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью