Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
İranın ali lideri Əli Xameneinin fevralın sonlarında baş verən ölümündən sonra onun oğulları ilk dəfə ictimaiyyət qarşısına çıxıblar.
Redaktor.az xəbər verir ki, Əli Xameneinin üç oğlu - Mustafa, Məsud və Meysəm Hüseyni Xamenei bazar günü atalarının cənazəsi üzərində dua oxumaq üçün meydana toplaşıblar.
Bununla belə, atasının vəfatından sonra İranın üçüncü ali lideri postuna keçən Müctəba Xameneinin mərasimdə iştirak etmədiyi və hələ də ortalıqda görünmədiyi diqqət çəkib. Bu hadisə, ali liderin ölümündən bəri qardaşların birlikdə qeydə alındığı ilk ictimai görüntüdür.
Aminə ŞAHSUVARQIZI