Xameneinin səhhəti barədə AÇIQLAMA Mövcud vəziyyətə tam nəzarət edir

27.10.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf özünün "Telegram" kanalında məlumat yayıb.

O, bir gün əvvəl Müctəba Xamenei ilə görüşdüyünü bildirib.

"Mən onu olduqca gümrah, ümidli, mənəvi cəhətdən sakit və məsələlərə dərindən bələd olan vəziyyətdə gördüm", - deyə Qalibaf vurğulayıb.

Parlament sədrinin sözlərinə görə, ağır itkilərə baxmayaraq, liderin nümayiş etdirdiyi iradə və sarsılmazlıq onun Allaha güclü inamının və xalqa dərin etimadının göstəricisidir.

Qalibaf əlavə edib ki, görüş zamanı müharibə, "müqavimət oxu", diplomatiya, danışıqlar prosesi, makroiqtisadi göstəricilər, eləcə də iqtisadi təcrid və dəniz blokadası kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью