Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın Ali Lideri Ayətullah Əli Xameneinin səhhəti zaman-zaman müzakirə obyekti olub.
Son günlər də bildirilir ki, dini liderin yaşının çoxluğu səbəbi ilə ciddi narahatlıqlar var.
Bu hal isə yeni rəhbərin kim olacağı sualının yaranmasına şərait yaradır.
Artıq İran Ekspertlər Şurasının üzvü və İsfahanın Cümə imamı Əbülhəsən Məhdəvi Xameneinin istəyi və tapşırığı əsasında dini liderdən sonrakı dövr üçün 3 nəfərin namizədliyinin təsdiqlədiyi haqqında açıqlama verib.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib ki, Əli Xamenei sağlığında yeni dini liderin seçilməsini istəyir.
Onun sözlərinə görə, onu buna vadar edən birinci səbəb sağlamlıq vəziyyəti və yaşının çoxluğu olsa da, digəri ABŞ-dəki hakimiyyət dəyişikliyi, İrana qarşı sərt xəttin tərəfdarı olan Donald Trampın prezident seçilməsidir: “85 yaşlı Xamenei yaxşı başa düşür ki, Trampın dövründə ABŞ-nin əsas hədəflərindən biri məhz İran olacaq.
Buna görə də ölkənin ali rəhbəri kürsüsünə daha gənc və çevik birinin oturması arzu ediləndir.