Icma.az bildirir, Axar.az saytına əsaslanaraq. Vaşinqtonun Tehranla danışıqlarında İranın nüvə proqramı ilə bağlı irəli sürdüyü şərtlərin öl
Əli Xamenei bununla Tehranın Vaşinqtonla razılaşmanın mümkün olmadığını anladıb.
İran Prezidenti Məsud Pezeşkianın ali dini liderin təlimatını yerinə yetirməkdən başqa seçimi yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Əli Xameneinin bu açıqlaması Donald Trampın imicinə zərbədir: “Çünki Ağ Ev sahibi Tehranla məsələni danışıqlar yolu ilə həll edəcəyinə ümidli idi.
Bu, Trampın Rusiya-Ukrayna müharibəsini dayandıra bilməməsindən sonra aldığı növbəti zərbədir.
Xamenei danışıqlarla heç nəyin həll olunmayacağını bildirməklə Trampın təkliflərinin üstündən xətt çəkib. Bu gözlənilən idi.
Çünki Tehran və Qum Trampın “İran uranı zənginləşdirməməlidir” prinsipini qəbul etməyəcəkdi.