Icma.az bildirir, Redaktor.az portalına istinadən.
İraqın müqəddəs Kərbəla şəhərində İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimləri öncəsi hazırlıq işləri davam edir.
Redaktor.az xəbər verir ki, yayılan görüntülərdə şəhərdə anım mərasimləri ilə bağlı görülən son hazırlıqlar və təhlükəsizlik tədbirləri əks olunub.
Məlumata görə, yaxın 24 saat ərzində keçirilməsi planlaşdırılan mərasimlər üçün Kərbəlada təhlükəsizlik və təşkilati işlər gücləndirilib. Mərasimin baş tutacağı ərazilərdə izdihamın idarə olunması, ziyarətçilərin hərəkətinin tənzimlənməsi və tibbi təminat məqsədilə xüsusi hazırlıqlar görülüb.
Qeyd olunur ki, Kərbəla sakinləri və müxtəlif ölkələrdən gələn minlərlə zəvvar Ayətullah Seyid Əli Xameneiyə son ehtiramlarını bildirmək üçün şəhərə axın edir.
Aminə ŞAHSUVARQIZI